Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 13:10
"Hər dəfə özümə söz verirəm ki, susum, amma alınmır. "Wolt"dan neçənci dəfədir ki, sifariş veririk (oğlum Davidinin istəyi ilə) hər dəfə bir problem çıxır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi "Wolt" vasitəsilə pizza sifariş verdiyini, amma istəklərinin hamısının gətirilmədini deyib:
"Blogerlərə pul verib reklam etməklə iş bitmir. İşinizi keyfiyyətli edin yetər. Neçənci dəfədir pizza və sair kimi yanında barbekü sousları sifariş edib pulunu ödəyirik. Yemək gəlir, 50 qəpiklik souslar gəlmir. Uşaq bu yeməyi sifariş edəndə yanında bu ziyanlı sousu da istəyir axı. Niyə belə məsuliyyətsiz yanaşırsız axı müştərilərə? Bunlar xırda məsələdir, amma xoş deyil".