Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qənd sexində mənşəyi məlum olmayan maddələr aşkarlandı - YOXLAMA - VİDEO

Qənd sexində mənşəyi məlum olmayan maddələr aşkarlandı - YOXLAMA - VİDEO

Tarix: 8 Oktyabr 2021 14:02

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən qənnadı müəssisəsində yoxlama aparıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,  yoxlama zamanı sexdə mənşəyi məlum olmayan maddələr aşkarlanıb.

Ruhiyyə Quliyevaya məxsus sexin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların təmizlənib dezinfeksiya olunmadığı, istifadə olunan xammalın antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Ümumilikdə sexdə 500 kq-a yaxın marmelad, 1,5 ton qənd olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qənd sexində mənşəyi məlum olmayan maddələr aşkarlandı YOXLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ