Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər...

Tez yağlanan saçlar üçün dəyərli məsləhətlər...

Tarix: 9 Oktyabr 2021 02:03

Bir çox xanımların əsas problemlərində biri də  tezyağlanan saçlardır. Çoxları ele düşünür ki, saçları tez tez yuduqda bu problemi aradan qaldırmaq olar.

Lakin, bu belə olmamaqla bərabər tam əks  təsir göstərə bilir. Səbəb odur ki, saçlarınızı tez-tez yuduqda , siz piy vəzilərinin işini daha da gücləndirmiş olursunuz, və bununla saçlar yağlandığından daha çox yağlanmağa başlayır.

Dermotoloqların fikrinə əsasən saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Əgər səhər yuyulan saçlar axşam yağlanırsa, o zaman buna səbəb olan orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır.

Saçlar niyə tez yağlanır?

Buna səbəb genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.

Müəyyən preparatların qəbulu, stress və qadın xəstəliklərin orqanizmdə hormonal pozğunluqlara gətirə bilər. Bu isə insanın xarici görünüşünə təsir edə bilər.Bu saçların yağlılığı ilə də müşahidə oluna bilər.

Problem daxili orqanlarda olduqda isə, heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir.

Həmçinin vacib əsaslardan biri mineral və vitamin komplekslərinin düzgün qəbuludur. Bunlardan :sink və A, B, E, C vitaminləridir. Bunun üçün isə düzgün qida rasionu və rejim mütləqdir. Çünki bunlar insanın immun sisteminə və ümumi fiziki vəziyyətinə bir başa təsir edir.

Yadda saxlayın, yarımfabrikat, acı, duzlu  və yağlı yeməklər, şirniyyat, arıqlamaq üçün saxladığınız pəhriz bütün daxili sistemin iş prinsipinə mənfi  təsir göstərmiş olur.

Baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən kosmetik vasitələr olan, şampun, balzam və maskalardan istifadə edə bilərsiniz. Həmçinin dermotoloqlar saçları ilıq su ilə yumağı, soyuq aylarda isə papaq taxmağı məsləhət görürlər. Kimyəvi burma və boyama isə baş dərisinin vəziyyətini pisləşdirir və piy vəzilərinin işini  gücləndirir.

Sonda isə sizə yağlı saçlar üçün istifadə olunan bəzi maskaları təqdim edirik:

Alma sirkəsi maskası.

Xırda doğranmış alma və 1 x/q sirkə qatışdırılıb,10-20 dəqiqəlik baş dərisinə sürtülür. Sonradan ilıq su ilə yuyulur.

Gicitkən maskası.

500 qr gicitkəni  və 1/2 lt suyu  qazın üzərində bir neçə dəqiqə qaynadmaq lazımdır. Sonradan soyuduqdan sonra onu süzüb saçları hər yuduqdan sonra balzam kimi istifadə etmək məsləhət görülür.

Kefir maskası.

Kefiri baş dərisinə sürtüb, 20 dəqiqə saxlamaq lazımdır. Sonradan saçları ilıq su ilə yaxşı yuyub, axırda sirkə ilə qarışdırılmış su ilə yaxalamaq yaxşı effekt göstərir.


Etiketlər:  yağlanan saçlar üçün dəyərli məsləhətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ