Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 09:34
Latviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.
"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.
O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.
Bundan başqa məktəbdə şagirdlərin maska taxması məcburi olacaq.
Qərar bu gün Latviya hökuməti tərəfindən təsdiqlənəcək.
Latviyada əhalinin 50%-i vaksinasiyadan keçib.