Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 10:06
Antalyada 29 yaşlı P.K. küçə ilə gedərkən onu maşınına dəvət edən sürücünün təcavüzünə məruz qalıb. Məlumata görə, kişi qıza "gəlin sizi evinizə aparım" deyib.
Sonxeber.net haberler.com-aə istinadən xəbər verir ki, qız cinsi təcavüzə məruz qalması ilə bağlı şikayət ərizəsi verib. Polis şübhəlinin axtarışına başlayıb. Qız kişinin ona "məndən sənə heç bir zərər gəlməyəcək" dediyini bildirib. Əlavə edib ki, "bir müddət söhbət etdikdən sonra başa düşdüm ki, məni meşəyə aparır. Sonra orada köynəyimi çıxarmağa çalışdı. Üzünə bibər qazı səpdim. Məni yerə sürüklədi və telefonumu əlimdən aldı".
Anar Əli