Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokurorluq Serj Sarkisyanın Baden-Baden səfərlərini araşdıracaq

Prokurorluq Serj Sarkisyanın Baden-Baden səfərlərini araşdıracaq

Tarix: 9 Oktyabr 2021 10:38

Ermənistanın Baş Prokurorluğuna keçmiş prezident Serj Sarkisyanın dövlət başçısı olduğu dövrdə onun Almaniyanın Baden-Baden kurortuna etdiyi çoxsaylı səfərlər barədə məlumat təqdim olunub.

Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, prokurorluq bu səfərlərin məqsədi və səfərlər üçün dövlət vəsaitlərinin mümkün israf olunmasını araşdıracaq. Bundan əvvəl "Məlumatlı vətəndaşlar birliyi" proqramının koordinatoru Daniel İonnisyan bildirmişdi ki, "Faktların yoxlanması platformasının" üçüncü prezidentin Baden-Baden səfərləri barədə təhqiqatının sənədlərini buna cinayət-hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edəcək. İonnisyan bildirir ki, ictimai birlik Serj Sarkisyanın hərəkətlərinin Cinayət Məcəlləsinin mənimsəmə, israfçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə araşdırılmasını istəyir.

Baş Prokurorluqdan bildiriblər ki, bu barədə məlumat Xüsusi İstintaq Xidmətinə göndərilib və bu qurumda bu iş üzrə materiallar hazırlanır. Bundan əvvəl Serj Sarkisyanın prezident olduğu 10 il ərzində Baden-Badenə 16 dəfə səfər etdiyi barədə iddialar səslənmişdi. Ermənistan parlamentində hakim fraksiyanın deputatlarından biri isə iddia etmişdi ki, Sarkisyanın Baden-Badenə səfərlərinin əsas məqsədi oradakı kazinoya baş çəkmək və qumar oynamaq olub. Sarkisyan bu iddiaları qətiyyətlə rədd edib və sözü gedən deputatı məhkəməyə verib.

Kamran Seyidov


Etiketlər:  Prokurorluq Serj Sarkisyanın Baden Baden səfərlərini araşdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ