Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 12:00
İranın Azərbaycandakı iqtisadi müşaviri İran mallarının Azərbaycan üzərindən Rusiyaya ixracına və tranzitinə hər hansı müdaxiləni təkzib edib.
Sonxeber.net ana.press-ə istinadən bildirir ki, İranın Azərbaycandakı səfirliyinin iqtisadi müşaviri Cavad Mühaciri İranın Rusiya və Gürcüstana ixrac yolu və yük maşınlarının tranziti ilə bağlı yayılan yalan xəbəri və iddianı təkzib edərək deyib: Son günlərdə İranın əkinçilik və kənd təsərrüfatı məhsullarının mövsümü və ixrac mövsümünün başlaması ilə bağlı Astara və Biləsuvar sərhəd terminallarında Azərbaycana, Rusiya və başqa Müstəqil Ddövlətlər Birliyi ölkələrinə gedən yük maşınlarının sayı artıb.
O qeyd edib ki, İranın gömrük məlumatlarına görə, təkcə Astara sərhəd terminalında son 24 saatda Azərbaycan gömrüyündən 200 -dən çox yük maşını qəbul edilib.
Diplomatın sözlərinə görə, İranın Bakıdakı səfirliyinin rəsmi mənbələrdən və iki ölkənin sərhəd terminallarından və gömrüklərindən alınan sorğular və yerində aparılan araşdırmalar göstərir ki, İran-Azərbaycan Birgə Ticarət Palatasının sədr müavininə aid olduğu iddia edilən və son günlərdə sürətlə yayılan xəbər doğru deyil.
İranın Azərbaycandakı səfirliyinin iqtisadi müşaviri habelə deyib ki, İran və Azərbaycanın dörd sərhəd terminalında yüklərin və yük maşınlarının hərəkəti fasiləsiz və 24 saatlıq iş rejimində davam edir və Azərbaycan rəsmilərinin yanaşmasında hər hansı dəyişiklik müşahidə edilməyib.