Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Balacaboy idi, dedim, bu halınla məni təhqir edirsən?Güzgüyə baxırsan?"

Tarix: 9 Oktyabr 2021 13:30

"Sosial şəbəkədə xəbər portalları mənlə bağlı məlumatlar qoyurdu. Bir adam oturub hər yerdə məni təhqir edirdi. Bir gün keçdi öz səhifəmdə təhqir etdi. Sonra öz səhifəsində xəbərlər paylaşıb, tanınmışları təhqirə başladı. Düşünür ki, bu yolla diqqət çəkib pul qazanacaq. Bunun üçün qurbanlıq quzular idik biz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, sosial şəbəkədə onu təhqir edən izləyicini polisə şikayət etdiyini bildirb:

"Bir gün Xatun (müğənni - red.) mənə atdı ki, bir səhifə var. Bir neçə sənət dünyasında olanları təhqir edir, səni də edib. Baxdım, şok oldum. Şəxsi pofilimi qırıb, şəkillərimi oğurlayıb, tərbiyəsiz formada sözlər yazıb və yayıb. O gündən Facebook səhifəmi bağladım. Dedim, onu bağışlamaram. Polisə verdim, iki günə onu tapdım. İşimi atıb gəldim ki, kimdir, məndən nə istəyir? Balacaboy biri, onu görüb şok oldum. Dedim, bu halınla məni təhqir edirsən? Evdən çıxanda güzgüyə baxırsan? Sən kimsən? Yağış yağır, ailəsi gəldi xahiş etdi. Başladı ağlamağa, üzr istəməyə. Nəyə lazım idi?".

Milli.Az


Etiketlər:  Balacaboy idi dedim bu halınla məni təhqir edirsənGüzgüyə baxırsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ