Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden kişi ilə qadını səhv saldı

Bayden kişi ilə qadını səhv saldı

Tarix: 9 Oktyabr 2021 14:06

ABŞ Prezidenti Co Bayden İllinoysda çıxışı zamanı bir sıra səhvlərə yol verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

O, əvvəlcə Çikaqonun qadın bələdiyyə başçısı Lori Laytfutu "cənab" adlandırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tamaşaçılar Ağ Ev rəhbərinin çıxışında tək səhvin bu olmadığını da bildiriblər. Belə ki, o, İllinoys ştatının senat sədri Don Harmona müraciət edərkən dili dolaşıb.

"Və Ohayo Pensilvaniya, Ohayo Pensilvaniya, mən pensilvaniyalıyam, İllinoysun prezidenti", - deyə ABŞ prezidenti rabitəsiz ifadələr işlədib.

Daha sonra Bayden xəstəxana işçisi ilə söhbətini izləyicilərə danışarkən televizorla telefonu qarışdırıb.

"Dünən axşam televiziyada idim, televiziyada idim, təcili yardım idarəsindən bir nəfərlə telefonda danışdım", - deyə o, xatırlayıb.

Sosial şəbəkə istifadəçiləri qısa bir çıxışda bu qədər səhvə öz təəccüblərini bildiriblər.


Etiketlər:  Bayden kişi ilə qadını səhv saldı


RƏYLƏR