Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 14:15
"Səs Azərbaycan" ötən gündən İctimai TV-də start götürüb. Musiqi yarışmasının münsif kürsüsündə Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Eldar Qasımov və Murad Arif yer alıblar.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, verilişin ilk buraxılışında bir çox maraqlı anlar yaşanıb. Diqqət çəkən məqamlardan biri isə 18 yaşlı Nazilə Əliyevanın çıxışı zamanı yaşanıb. Rok janrında mahnı səsləndirən ifaçıya ancaq B.Dadaşova dönüb. O isə iştirakçının oxumağından çox artıq çəkisini müzakirə edib:
"Arıqlatmaq olar. Məni seçmə, səni arıqladacam".
Dadaşova daha sonra rok sevmədiyini söyləyib:
"Bir dənə deton oxumadı. Ona görə seçdim. Rok sevmirəm. Melodiyanı sevirəm".
Murad isə onun RNB, hiphop oxuduğunu deyib. Dadaşova "Qəşəng rok idi. O qədər qəşəng oxudun ki... Rok elə qışqırıqdır. Səsini istifadə etmək olar" sözləri ilə etiraz edib.