Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 15:02
Futbol üzrə Andorra milli komandasının ev oyunlarını keçirdiyi "Estadi Nasional" stadionunda güclü yanğın baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Andorra milli komandası sabah 2022 FİFA Dünya Kuboku seçmə mərhələsi çərçivəsində İngiltərəni məhz bu meydançada qəbul etməli idi.
Qeyd olunur ki, alov ehtiyyatda oturan oyunçuların oturduğu skamyaları və televiziya stendinin quraşdırıldığı yeri əhatə edib.
Yanğının səbəbi hələlik məlum deyil.
Britaniya mətbuatının yazdığına görə, hazırda görüşün məhz "Estadi Nasional"da keçirilməsi sual altındadır.