Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-infeksionist: Risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə buster doza qəbul etməsi vacibdir

Həkim-infeksionist: Risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə buster doza qəbul etməsi vacibdir

Tarix: 10 Oktyabr 2021 19:27

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə üçüncü doza vaksinasiya qüvvətləndirici (buster) peyvənd hesab edilir. Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna daxil olan vətəndaşlar üçün vacibdir. COVID-19-un risk qrupuna yaşı 65-dən yuxarı olanlar, tibb işçiləri, müəyyən xroniki xəstəliklərdən əziyyət çəkənlər daxildir. Əslində, iki doza peyvənd olunmuş vətəndaşlar koronavirusa yoluxduğu halda onların infeksiyanı ağırkeçirmə ehtimalı olmur. Belə xəstələr adətən evdə müalicə olunurlar və xəstəliyin klinikasının kəskin olduğu müşahidə edilmir. Lakin bir müddət keçdikdən sonra orqanizmdə koronavirus əleyhinə yaranan anticisimlərin azaldığını nəzərə almaq lazımdır. Qoruyucu anticisimlər azaldıqda vətəndaşın virusa yoluxma və xəstəliyi ağırkeçirmə ehtimalı artır. Ona görə də, risk qrupuna daxil olan vətəndaşların buster doza qəbul etməsi vacib şərtdir.

Sonxeber.net xəbər verir ki, həkim-infeksionist Könül Cəfərova AZƏRTAC-a bildirib ki, üçüncü dəfə peyvənd vurdurmaqdan çəkinmək lazım deyil: "Koronavirus əleyhinə istifadə edilən buster dozanın yan təsirləri vaksinasiyanın birinci və ikinci mərhələdəkilərlə eynidir".

Həkim-mütəxəssis, həmçinin uşaqların vaksinasiyası barədə də danışıb: "Azərbaycanda 12 yaşdan yuxarı olan uşaqlar da COVID-19 əleyhinə peyvənd olunurlar. Ədəbiyyatda koronavirus əleyhinə istifadə edilən vaksinlərin uşaqlar üçün xüsusi fəsadı və ya ağırlaşması barədə heç bir məlumat yoxdur. Bütün vətəndaşlar peyvənd vurdurmağa tələsməlidirlər. Payız mövsümündə virus mənşəli adenovirus, paraqrip, reovirus, rinovirus, ümumiyyətlə respirator sinsitial viruslar artır. Ona görə də virusoloji müayinədən keçmək lazımdır. Koronavirus uşaqlar arasında da pandemiya şəklini alarsa, peyvəndləmənin sürətlənməsi vacib olacaq. Lakin belə olan halda, astma, onkoloji və ya leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara vaksin vurulmamalıdır".


Etiketlər:  Həkim infeksionist Risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə buster doza qəbul etməsi vacibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ