Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 11:36
İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib
Qol.az xəbər verir ki, bu mükafata “Liverpul”un müdafiəçisi Vircil van Deyk layiq görülüb.
Hollandiya millisinin üzvü Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən, birinci olubüstələyib. O, Rahim Sterlinq, Serxio Aquero, Bernardo Silva (hamısı “Mançester Siti”), Eden Azar (“Çelsi”) və komanda yoldaşı Sadio Manenini qabaqlayıb.
Mövsümün ən yaxşı gənc oyunçusu isə "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq olub.
Qeyd edək ki, ötən mövsüm ən yaxşı futbolçu Məhəmməd Salah ("Liverpul"), ən yaxşı gənc futbolçu isə Leroy Sane ("Mançester Siti") seçilmişdi.