Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, III dünya müharibəsi deməkdir

Bu, III dünya müharibəsi deməkdir

Tarix: 11 Oktyabr 2021 10:52

ABŞ və Çin arasındakı qarşıdurma üçüncü və dördüncü dünya müharibələrinə səbəb ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "19Fortyfive" nəşrinin yaydığı məqalədə bildirilib.

Təhlildə qeyd edilib ki, Vaşinqtonla Pekin arasındakı qarşıdurma, çox güman ki, bir həlledici toqquşma ilə bitməyəcək, əksinə, bir sıra silahlı toqquşmalara səbəb olacaq.

"İki böyük dövlət Tayvan uğrunda döyüşə başlaya bilər. ABŞ qüvvələri Çinin Xalq Qurtuluş Ordusunu məğlub etməyi bacarsa, bu, Pekini ada ilə birləşmək fikrindən əl çəkməyə məcbur etməyəcək. Çin ABŞ-la müvəqqəti sülh bağlayacaq və sonra mübahisəli bölgəni birləşdirmək üçün yenidən zərbə endirəcək. Çin Tayvan uğrunda döyüşü qazansa belə, Amerika ilə əsas ziddiyyətləri ortadan qaldırmayacaq. Bu isə başqa bir qarşıdurma üçün ön şərtlər yaradacaq.

Sakit okeanın qərbində baş verən hər hansı bir silahlı toqquşma fəlakət olacaq və Asiya ilə Şimali Amerika arasında inkişaf etmiş infrastruktur, maliyyə və ticarət əlaqələrini məhv edəcək", - məqalədə bildirilib.


Etiketlər:  dünya müharibəsi deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ