Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşumuzda koronanın 5-ci dalğası başlayır

Qonşumuzda koronanın 5-ci dalğası başlayır

Tarix: 11 Oktyabr 2021 11:16

Əgər növbəti həftədə də koronavirusa yoluxma artan xəttlə getsə, bu, Gürcüstanda "beşinci dalğa"nın başlanğıcı olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri İmmunizasiya üzrə milli texniki məsləhət qrupunun rəhbəri İaşvili İvane Çxaidze deyib.

O bildirib ki, son günlərdə yoluxmada həyəcanlı artım qeydə alınır:

"Bu artım olduqca həyəcanvericidir. Biz beşinci dalğanın noyabr-dekabr aylarında başlayacağını gözləyirdik. Ancaq deyəsən, daha tez başlayacaq. Qarşıdakı həftə həlledicidir. Artıq indidən deyə bilərik ki, beşinci dalğa başlayıb".

Qeyd edək ki, Gürcüstanda ən ağır keçən dördüncü dalğa olub. Bu dalğa zamanı günlük yoluxma 6208-ə qədər qalxıb və hamilə qadınlar və uşaqlar da qurbana çevrilib.

Bu gün (10 oktyabr) isə Gürcüstanda 2490 yoluxma qeydə alınıb, 25 nəfər ölüb. Hazırda 25 minə yaxın aktiv xəstə var.


Etiketlər:  Qonşumuzda koronanın dalğası başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ