Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

Şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

Tarix: 11 Oktyabr 2021 14:28

Yaşadığı küçədə şəhid Ürfan Orucovun abidəsi ucaldilib

Milli.Az Real TV-yə istinadən bildirir ki, bu gün Vətən müharibəsində könüllü olaraq iştirak edərək, şəhadətə yüksələn Şabran şəhər sakini Orucov Ürfan Firdovsi oğlunun doğum günüdür. Şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı oldu. Açılış mərsimdə Şabran rayon icra hakimiyyətinin nümayəndələri, döyüş yoldaşları, şəhid valideynləri və yerli sakinlər iştirak etdi. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qazanılan Şanlı Qələbədən söhbət açdılar. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı azad etməklə 30 illik Vətən həsrətinə son qoydu. Döyüşlərdə qəhrəman oğullar öz canlarını sipər edərək Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmaqla, həm də qəlbləri fəth etdilər. Mərasimdə məktəblilər vətənpərvərliyə və şəhidlərə həsr olunan şeirlər səsləndirdi. Sonda abidə sakinlər tərəfindən ziyarət olundu və şəhidin büstü önünə güllər düzüldü.

Qeyd edək ki, 1996-cı ildə Şabran şəhərində anadan olan Üfran Orucov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. O, 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı isə könüllü olaraq cəbhəyə yollanıb. Yaşasaydı bu gün Ürfanın 25 yaşı tamam olacaqdı.

İlk gündən döyüşlərə qatılan Ürfan, Cəbrayıl və Fizuli rayonlarının işğaldan azad edilməsində şücaətlə vuruşub. Döyüş yoldaşları bu gün də onun qəhrəmanlığından danışırlar.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə, Ürfan Orucov Vətən uğrunda və Fizulinin azad olunmasına görə medalları ilə təftif edilib. Şabran rayon icra başçısının qərarı ilə yaşadığı küçə şəhid Ürfan Orucovun adına verilib.

Milli.Az


Etiketlər:  Şəhidin xatirəsi əbədiləşdirilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ