Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 15:10
Xalq artisti Brilliant Dadaşovanın "Səs Azərbaycan"dakı hərəkəti tənqid olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yarışmaya qatılan Vətən müharibəsi iştirakçısı Nicat Tağıyevi zalda yer alan münsiflər və tamaşaçılar ayaqüstə alqışlayıb. B.Dadaşovanın həmin an ayağa qalxmaması qınanılıb.
Sosial şəbəkədə paylaşılan videoların altından əksər izləyicilər tənqidi fikirlər yazıblar. Yazılan "Brilliantın oğlu kef edəndə, bu oğlan ölümü gözə alıb, müharibədə iştirak edib" sözlərinə aparıcı Yusif Ağayevin reaksiyası diqqət çəkib. O, sözügedən şərhə "Qızıl kimi sözlər" fikrini yazıb.
Qeyd edək ki, Nicata münsiflərdən təkcə Xalq artisti Tünzalə Ağayeva dönüb və ifaçı onun komandasında yarışa davam edəcək.