Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Tarix: 12 Oktyabr 2021 10:34

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Sonxeber.net Oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.


Etiketlər:  Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ