Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 17:54
Turistlər üçün sərhədlərin bağlanması koronavirusun yayılmasının qarşısını almaqda təsirli olmadı və tez bir zamanda yenidən açılmalıdır. Bu fikir bütün dünyada turistlərin əksəriyyəti tərəfindən paylaşılır.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) keçirdiyi sorğu göstərib.
"Turistlər, mövcud vəziyyətdən getdikcə daha çox məyus olurlar", - deyən araşdırmanın müəllifləri 11 fərqli bazardan 4700 respondent arasında sorğu keçiriblər. Əksəriyyəti COVID-19 pandemiyası risklərinin lazımi şəkildə idarə oluna biləcəyini qeyd edərək, hərəkət azadlığının ən qısa zamanda bərpa edilməli olduğunu bilbirib.
Respondentlərin 67%-i sərhədlərin çoxunun indi açılmalı olduğunu düşünür, digər 64%-i isə ümumiyyətlə sərhədləri bağlamağa ehtiyac olmadığını söyləyib. Üstəlik, 73%-i səyahət məhdudiyyətlərinin həyat keyfiyyətlərini "əhəmiyyətli dərəcədə pisləşdirdiyini" qeyd edib.
"İnsanlar COVID-19 səbəbiylə səyahət məhdudiyyətlərindən getdikcə daha çox narazıdırlar və bunun nəticəsi olaraq həyat keyfiyyətləri düşür. Virusla mübarizə üçün səyahət məhdudiyyətlərinə ehtiyac görmürlər" - IATA CEO'su Uillie Uolsh sorğunun nəticələrini şərh etdi.
Eyni zamanda, karantin tələbləri hava səyahətlərində əsas maneə olaraq qalır. Beləliklə, 84%-i təyinat ölkəsində özünü təcrid etmə tədbirləri görülərsə getməyəcəklərini söyləyir. Turistlər, xüsusən peyvənd edildikdə, COVID-19 testi mənfi olanlar üçün karantin tələblərinin qaldırılmasını tələb edirlər. Əlavə olaraq, iştirakçıların 80% -i virusa qarşı peyvənd edilənlərin səyahət azadlığının geri qaytarılmasını istəyirlər. Bununla birlikdə, turistlər hava səyahəti üçün məcburi peyvəndlərin əleyhinədirlər: təxminən üçdə ikisi hesab edir ki, ancaq peyvənd olunanların səyahətlərə buraxılması düzgün deyil.
Eyni zamanda, 80%-i yalnız peyvəndi olmayan insanlar üçün hava səyahətindən əvvəl məcburi testlərin saxlanmasını düzgün hesab edir. Digər 75% test xərclərinin ciddi bir maneə olduğunu vurğulayır və 80% test xərclərinin dövlət tərəfindən ödənilməli olduğunu düşünür.