Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 17:58
Tayland hökuməti, dekabr ayında Phuket Sandbox proqramı çərçivəsində gələn xarici turistlər üçün ən azı 20 əyalət açmaq istəyir.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, "Phuket, Koh Samui, Koh Phangan və Koh Tao, Krabi, Phuket Sandbox çərçivəsində xarici turistlərə açılan ilk yerlərdir. Növbəti mərhələdə, 1 Noyabrdan etibarən, Bangkok, Krabi, Phang Nga və Chiang Mai, Pattaya, Hua Hin və digər bəzi bölgələr daxil olmaqla daha bir neçə istiqamətin açılmasını gözləyirik", deyə Kxanitta Pxanvoravat bildirib.
Həm də uzun müddət ölkədə qalan xarici turistlərin artan tələbatına cavab olaraq, Tayland səlahiyyətliləri STV xüsusi turizm vizasının müddətini uzatdı.
Tayland Turizm Təşkilatının məlumatına görə, iyuldan sentyabr ayına qədər 600 mindən çox sifariş qəbul edilib və 2022-ci ilin fevral ayına qədər səlahiyyətlilər rezervasiyaların 75 min gecə artacağını gözləyirlər.