Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boşandıqdan sonra əldə etdiyi mülk hər kəsi heyrətə saldı - VİDEO

Boşandıqdan sonra əldə etdiyi mülk hər kəsi heyrətə saldı - VİDEO

Tarix: 12 Oktyabr 2021 20:25

Məşhur cütlük - repçi Aljay (Aleksey Uzenyuk) və blogger-teleaparıcı Anastasiya İvleevanın boşandıqdan sonra əmlak bölgüsünün təfərrüatları bəlli olub.

Milli.Az "Mash telegram" kanalına istinadən xəbər verir ki, şou-biznesdəki karyerasına İnstaqramdakı videolar ilə başlayan məşhur qız Moskva bölgəsində lüks bir malikanəyə sahib olub.

Yazı müəlliflərinin yazdığına görə, repçiyə yalnız iki maşın qalıb: Hummer H2 SUV və BMW i8. İvleeva keçmiş həyat yoldaşından bir ev, dörd hektar torpaq sahəsi və qaraj alıb. Cütlüyün birlikdə yaşadıqları illər ərzində əldə etdikləri iki mərtəbəli malikanə, İstra rayonunun Stary Svet kəndində yerləşir və 364 kvadrat metr sahəyə malikdir. Qaraj beş avtomobil üçün nəzərdə tutulub, sahəsi ilə birlikdə əmlakın dəyəri təxminən 150 milyon rubl təşkil edir. Anastasiyanın üç avtomobili də var: Lamborghini Aventador, Chevrolet Camaro və Mercedes G-class.

Anar Əli
Milli.Az


Etiketlər:  Boşandıqdan sonra əldə etdiyi mülk hər kəsi heyrətə saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ