Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq parlamentində 97 qadın deputat təmsil olunacaq

İraq parlamentində 97 qadın deputat təmsil olunacaq

Tarix: 13 Oktyabr 2021 10:06

İraqda keçirilən növbədənkənar parlament seçkiləri çox sayda qadın namizədin qələbəsilə əlamətdar olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, qanunverici orqandakı 329 yer uğrunda mübarizə aparan 951 xanım namizəddən 97-si istəyinə nail ola bilib.

Bu barədə İraq hökuməti katibliyinin qadın hüquqlarının genişləndirilməsi departamentinin rəhbəri Yusra Kərim Möhsün məlumat verib. Onun sözlərinə görə, orta hesabla seçkilərdə namizədliyini irəli sürmüş hər on qadından biri Məclisdə yer qazanmağa müvəffəq olub ki, bu da müsəlman ölkəsi üçün böyük uğur sayıla bilər.


Etiketlər:  İraq parlamentində qadın deputat təmsil olunacaq


RƏYLƏR