Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 10:26
2023-cü ilə doğru gedərkən cəmiyyətdə sosial travma yaratmadan dövlət aparatı FETÖ-dan təmizlənməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı deyib.
C.Yaycı xüsusilə dövlətin "naməhrəm xidmətlər" adlandırdığı qurumların tolerantlığa yer verilməyəcək şəkildə FETÖ-çulardan təmizlənməli olduğunu söyləyib.
O, Silahlı Qüvvələr, məhkəmə, polis, kəşfiyyat sistemində hələ də FETÖ-çuların olduğunu iddia edib:
"Dövlət aparatının ən kritik uzantıları olan bu orqanların təmizlənməsi paltaryuyan maşın kimi işləyəcək və zamanla ölkənin qalan hissəsini də onlardan təmizləyəcək".