Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 15:35
"Bacımı itirəndən sonra ağır stress keçirdim, başımı itirdim. Bir bacım çox ağlayırdı. Həyat ağ-qara, xeyir-şər, isti-soyuqdur. İnsan övladı üçün dik durmağı bacarmalıdır. İndi gündə 7 dərman qəbul edirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "7 canlı" proqramında deyib. Xanəndə övladı Kazımın xəstəliyindən danışıb:
"Mənim yeganə oğlum gündə 4 dərman içir. Şəkər xəstəliyindən və turet sindromundan (spesifik psixonevroloji pozuntudur) əziyyət çəkir. Gün ərzində ona güclə yemək yedizdirirəm. Hormonal dərmanlar onu şişirdib".