Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 16:44
Moskvada əvvəllər məhkum edilmiş şəxs 12 yaşlı məktəbli qıza əxlaqsız mesajlar göndərməsi səbəbindən saxlanılıb.
Sonxeber.net RİA Novosti-yə istinadən xəbər verir ki, altıncı sinif şagirdi açıq-saçıq şəkillərini təcavüzkara göndərib, buna cavab olaraq da kişi ona oxşar məzmunlu şəkillər göndərib. Yazışmaları üzə çıxaran qızın anası polisə müraciət edib. Bir müddət sonra təhlükəsizlik qüvvələri təcavüzkarı saxlayıb. Cinayətkarın 34 yaşlı Saratov vilayətinin sakini olduğu məlum olub. Əvvəllər o, Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsi ("Oğurluq") ilə mühakimə olunub. İndi isə "cinsi xarakterli şiddətli hərəkətlər" üzrə ilə cinayət işi açılıb.
Anar Əli