Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina Coli keçmiş həyat yoldaşı ilə bir yerdə - FOTO

Ancelina Coli keçmiş həyat yoldaşı ilə bir yerdə - FOTO

Tarix: 13 Oktyabr 2021 19:24

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Conni Li Millerlə birlikdə görüntülənib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa Kaliforniya ştatının Beverly Hills şəhərində Conni ilə şam yeməyində olarkən paparatsilərə tuş gəlib.

Xatırladaq ki, Bred Pittlə boşandıqdan sonra bir neçə dəfə müğənni The Weekndlə görülən Ancelinanın həyatında kiminsə olub-olmadığı maraq doğurur. Lakin o, mövzu ilə bağlı verilən sualları cavabsız qoyub.

Qeyd edək ki, Ancelina ilə Conni 1996-1999-cu illərdə evli olub. Cütlük "Hakerlər" filminin çəkiliş meydançasında tanış olduqdan 1 il sonra nikah masasına əyləşib. İkili ötən il də Conninin Nyu-Yorkda yerləşən evində bir araya gəlib.


Etiketlər:  Ancelina Coli keçmiş həyat yoldaşı ilə yerdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ