Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir xalq artisti digər xalq artisitinin qohumuna verdiyi 30 min dolları geri ala bilmir- qalmaqal

Bir xalq artisti digər xalq artisitinin qohumuna verdiyi 30 min dolları geri ala bilmir- qalmaqal

Tarix: 13 Oktyabr 2021 20:25

Xalq artisti Nazpəri Dostəliyeva Xalq artisti Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.

Milli.Az axşam.az-a istinadla bildirir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib. Xalq artisti saytımıza açıqlamasında xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:

"Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim. Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa".

Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:

"Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır".

Milli.Az


Etiketlər:  Bir xalq artisti digər xalq artisitinin qohumuna verdiyi 30 min dolları geri ala bilmir qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ