Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada COVID-19-a yoluxmada azalma müşahidə olunur

Braziliyada COVID-19-a yoluxmada azalma müşahidə olunur

Tarix: 14 Oktyabr 2021 08:32

Braziliyada son sutka ərzində daha 7852 nəfərin koronavirus infeksiyasına yoluxması, 176 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 597 949 yoluxma qeydə alınıb. Bu müddət ərzində 601 574 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 740 267 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az


Etiketlər:  Braziliyada COVID 19 a yoluxmada azalma müşahidə olunur


RƏYLƏR