Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli xanım “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

Türkiyəli xanım “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

Tarix: 14 Oktyabr 2021 09:55

Türkiyənin Karabük vilayətinin sakini Rumeysa Gəlgi bir daha adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı gənc dünyanın ən ucaboylu qadını olub. Onun boyu 2 metr 15 santimetr təşkil edir.

Rumeysa laboratoriya işçisi Sofiya və biokimya mütəxəssisi Heydər Gəlginin ailəsindəki üç övladdan biridir. O, uşaq yaşlarından Uiver sindromundan ziyyət çəkir. Məhz bu xəstəlik onun boyunun artmasına səbəb olub.

Rumeysanın adı ilk dəfə 2014-cü ildə dünyada yetkinlik yaşına çatmayan ən ucaboylu qız kimi Rekordlar Kitabına düşüb. İndi isə o, artıq dünyanın ən ucaboy qadını adını qazanıb.


Etiketlər:  Türkiyəli xanım Ginnesin Rekordlar Kitabına düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ