Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Zəfər” yarmarkası keçiriləcək

Bakıda “Zəfər” yarmarkası keçiriləcək

Tarix: 14 Oktyabr 2021 11:40

Tezliklə Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan "Zəfər" Yarmarkası keçiriləcək.

"YAŞAT" Fondundan Milli.Az-a verilən məlumata görə, "Qarabağ qəhrəmanlarının izi ilə" mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə "YAŞAT" Fonduna ianə ediləcək.

"Zəfər" Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Milli.Az


Etiketlər:  Bakıda Zəfər yarmarkası keçiriləcək


RƏYLƏR