Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır'' - Nazir

''Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır'' - Nazir

Tarix: 14 Oktyabr 2021 13:20

"Bütün çətinliklərə baxmayaraq Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır".

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığını qeyd edib.

Nazir Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb.

C.Bayramov kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edib.


Etiketlər:  Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ