Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aspirin kömək etməyəcək – Kovid qanı çox qatılaşdırır

Aspirin kömək etməyəcək – Kovid qanı çox qatılaşdırır

Tarix: 14 Oktyabr 2021 21:27

Rusiyalı həkimlər yenidən koronavirus xəstələrini sonradan tromboz riski ilə bağlı xəbərdar ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xəstəlik dövründə və sonradan trombozdan qorunmaq üçün xəstələrə antikoqaulyant - qandurulaşdırıcı terapiya təyin edilir.

Bu barədə Moskva klinik xəstəxanasının həkimi Valeriy Veçerko bildirib.
"20-30% xəstələrdə tromboz riski var və bu problem insult, infarkta gətiriv çıxarır. Hazırda koviddən sonrakı dövrdə infarkt və insult faktları artmaqdadır. Hələ ki, kovidlə bu xəstəliklər arasında əlaqə elmi araşdırılır.

"Trombozdan qaçmaq üçün aspirin yetərli deyil. Bunun üçün heparin qrupuna aid yeni koaqulyant tabletlər lazımdır. Məhz bu dərmanlar ürək və ağciyər arteriyalarının trombozundan qoruya bilər. Trombozlar xəstədə ilk simptomlardan 1-3 ay sonra da baş verə bilər.

Əgər xəstədə əvvəldən varikoz, təzyiq, tromboflebit, aritmiya olubsa, onlar risk qrupundadır. Ona görə müalicədən sonrakı 1 ayda mütləq qan laxtalanma analizi verilməlidir. Bu qanın durumunu göstərəcək. Əgər ciddi dəyişiklik varsa, qandurulducular, aspirin yox, məhz heparin tərkibli dərmanlar həkim tərəfindən təyin edilməlidir. Eləcə də xəstələr çox maye qəbul etməlidir".

Milli.Az


Etiketlər:  Aspirin kömək etməyəcək Kovid qanı çox qatılaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ