Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir dilim pendir müəllimi öldürdü

Bir dilim pendir müəllimi öldürdü

Tarix: 15 Oktyabr 2021 18:20

Türkiyədə təqaüdçü müəllim, 69 yaşlı Veysel Ayar bazarda pendirin dadına baxarkən boğularaq ölüb.

Milli.Az "haber global"a istinadən bildirir ki, iki uşaq atası olan yaşlı kişinin Beşikdüzü bazarında alış-veriş edərkən dadına baxdığı pendir boğazında qaldığından nəfəsi kəsilməyə başlayıb.

Hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, aorta damarının zədələndiyi aşkarlanan Veysel Ayarı xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Bir dilim pendir müəllimi öldürdü


RƏYLƏR