Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 23:51
Antiperspirant dezodorantların döş xərçənginə səbəb olub-olmaması ilə bağlı onilliklərdir davam edən mübahisə iki yeni akademik araşdırmanın nəşrindən sonra elmi ictimaiyyəti yenidən canlandırdı.
Hər kəsə məlumdur ki, dezodorantlarda istifadə olunan alüminium qoltuqlardakı məsamələri bağlayaraq tərləməni azaldır. Bununla birlikdə, alüminium materialın qadın hormonu estrogenini təqlid edərək məmə reseptorlarına daxil olub-olmaması illərdir araşdırma mövzusudur.
Sonxeber.net aztibb.az-a istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar dezodorantlarda istifadə olunan alüminiumun döş xərçənginə səbəb olmadığını göstərirdi.
Lakin Oxford Universiteti və İsveçrənin qan xəstəlikləri və xərçəngini araşdıran Qranqettes Hematologiya və Onkologiya Mərkəzi dezodratlardakı alüminium duzlarının zəhərli olduğunu və döş hüceyrələrinə kanserogen təsir göstərdiyini açıqlayıb. Bildirilib ki, dezodorantlardakı alüminium hüceyrələrdə bədxassəli transformasiyaya səbəb olur.
Qeyd edək ki, dünyada ən çox yayılmış xərçəng növü döş xərçəngidir. 2020 məlumatlarına görə, son 5 ildə dünyada təxminən 8 milyon qadın döş xərçəngi ilə mübarizə aparır. Bu, döş xərçəngini "dünyanın ən çox yayılmış xərçəngi" halına gətirir.
Döş xərçəngi yoluxucu deyil və bu xəstəliyin səbəbləri tam olaraq bilinmir. ÜST döş xərçəngi risk faktorlarının əsasən 40 yaşdan yuxarı qadınlarda meydana gəldiyini bildirir. Mütəxəssislər döş xərçəngi riskini artıran əsas faktorların yaşın artması, piylənmə, həddindən artıq spirt və siqaret istehlakı, genetik amil, radiasiyaya məruz qalma və s. olduğunu bildirirlər.
Araşdırmalar, alüminium duzlarının yalnız tərləmə əleyhinə dezodorantlarda deyil, qadınların tez -tez istifadə etdiyi günəşdən qoruyucu krem kimi digər kosmetik məhsullarda da olduğunu göstərir.