Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyalı deputatı öldürən şəxs Somalidən gəlib

Britaniyalı deputatı öldürən şəxs Somalidən gəlib

Tarix: 16 Oktyabr 2021 08:02

Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amessi bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyat mənbələrindən bildirilib.

Qətldə şübhəli bilinərək saxlanılan 25 yaşlı şəxs Somalidən gəldiyi vurğulanıb.

Yerli polis hələlik məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Esseks Polis İdarəsinin sözçüsü Ben-Julian Harrinqton hadisə ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, deputata edilən hücumun terrorla bağlı olub-olmadığı araşdırılır. Antiterror bölməsi istintaqa cəlb olunub.

Bununla yanaşı, Harrinqton əlavə edib ki, hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisənin terror təhlükəsi ilə bağlı olmadığını düşünür: "Təcavüzkar tək hərəkət edib, heç bir qruplaşma ilə bağlılığı üzə çıxmayıb".

Xatırladaq ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputatı Deyvid Amess oktyabrın 15-də İngiltərənin Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb. O, hadisə yerində həyatını itirib.

Milli.Az


Etiketlər:  Britaniyalı deputatı öldürən şəxs Somalidən gəlib


RƏYLƏR