Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 08:04
İŞİD terror təşkilatı Əfqanıstanın Qəndahar şəhərində yerləşən şiə məscidində baş verən partlayışı öz üzərinə götürüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə terror təşkilatının sosial media kanallarında məlumat yayılıb.
Məlumata görə, terror aktında iki canlı bomba iştirak edib. Partlayış nəticəsində 62 nəfər həlak olub.
Qeyd edək ki, bundan öncə Əfqanıstanın Qunduz şəhərindəki məscidə təşkil olunan bombalı hücumu da İŞİD öz üzərinə götürmüşdü. Sözügedən terror aktında 100 nəfər ölmüşdü.