Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 13:54
Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə "Zəfər günü", 44 günlük Vətən müharibəsinə isə "24 günlük müharibə" deyən direktor işdən çıxarılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.
Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini "24 günlük Vətən müharibəsi" kimi ifadə edib.