Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 21:39
Bakı. Trend:
Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğının söndürülməsi üçün cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikalarının fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə dəmir yolunun Mühafizə Departamentinin Biləcəri yanğından mühafizə komandasının 2 çən vaqonu gətirilib.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər.
Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su hovuzundan də istifadə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin