Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 05:42
Rumıniya Səhiyyə Nazirliyi Avropa İttifaqından koronavirus pandemiyası ilə mübarizədə təcili yardım istəyib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rumıniya Səhiyyə Nazirliyi, fövqəladə vəziyyətlərdə üzv dövlətlərə yardım göstərən Avropa İttifaqı Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsinə təşəbbüs göstərib.
Səhiyyə Nazirliyi COVID-19 xəstəsi olan 40 min xəstənin müalicəsi üçün ehtiyac olan miqdarda dərman istəyib. Rumıniya koronavirusa qarşı peyvənd edilən insanların sayının ən az olduğu ikinci Avropa İttifaqı ölkəsidir.
Belə ki, ölkə sakinlərinin yalnız 33 faizi ən azı bir dəfə peyvənd olunub. Böhran Vəziyyətləri üzrə Avropa Komissarı Janez Lenarçiç, İttifaqın Rumıniyaya dəstək verəcəyini və çətin anlarda ona kömək edəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 1-də Rumıniyanın Konstansa şəhərində COVID-19 xəstələri üçün xəstəxananın reanimasiya şöbəsində böyük yanğın baş verib. Yanğının qurbanı 9 nəfər olub. Yanğının sürətlə yayıldığı üçün qurbanların bəziləri xəstəxananın pəncərələrindən tullanaraq xilas olunmaq istəyiblər.