Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var

ABŞ-da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib, yaralılar var

Tarix: 17 Oktyabr 2021 09:30

ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

"Los Angeles Times" nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.

Milli.Az


Etiketlər:  ABŞ da Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələyib yaralılar var


RƏYLƏR