Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi

Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi

Tarix: 17 Oktyabr 2021 13:08

Taliban hərəkatı yaxın 1-2 ayda Əfqanıstanda qızların orta məktəblərə getməsinə icazə verəcəyini vəd edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ötən həftə Kabili ziyarət edən UNICEF-in  icraçı direktorunun müavini Ömər Abdi bildirib.

Abdinin sözlərinə görə, Taliban tərəfindən təyin edilən təhsil naziri Talibanın, bütün qızların altıncı sinifdən sonra təhsillərinə davam etmələrinə icazə vermək üçün "çərçivə prinsipləri" üzərində işlədikləri barədə onu əmin edib.

"Hazırda burada sizinlə söhbət etdiyim müddətdə orta məktəb yaşında olan milyonlarla qız artıq 27-ci gündür ki, təhsil almır", - deyə o, BMT-nin qərargahında jurnalistlərlə söhbətində təəssüflə əlavə edib.

Abdi onu da qeyd etdi ki, Əfqanıstanın 34 əyalətindən beşi - Balx, Cövzcan, Samanqan, Qunduz və Uruzqan artıq qızların orta məktəbə getməsinə icazə verib.

Milli.Az


Etiketlər:  Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ