Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı deputatlar Gəncədə - FOTO

Ukraynalı deputatlar Gəncədə - FOTO

Tarix: 17 Oktyabr 2021 14:15

Ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri oktyabrın 17-də Gəncə şəhərinə səfər ediblər.

Milli.Az xəbər verir ki, Ukrayna Ali Radasının üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Milli.Az


Etiketlər:  Ukraynalı deputatlar Gəncədə FOTO


RƏYLƏR