Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 20:15
Müğənni Nadir Qafarzadə bir sıra mədəniyyət işçilərinin, həmçinin həmkarlarının fəxri ad almasından sonra öz etirazını bildirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Nadir Qafarzadə öncə həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovu "Əməkdar artist" fəxri adı almaları münasibəti ilə təbrik edib. Müğənni özünə qarşı haqsızlıq edildiyini sərt şəkildə bildirib:
"Azərbaycan vətəndaşı olmağımdan, haqsız ölkənin vətəndaşı olmağımdan utanıram. Siz fəxr edin, mənsə fəxr etmirəm. Çünki bu ölkədə haqsızlıq var, ömür boyu pul, tanışlıq, "day-day", kimin oğlusan, kim göndərib və. s. Bunların şahidi olmuşam, heç nədən qorxmadan, utanmadan deyirəm. Haqsız ölkə, heç vaxt da düzəlməyəcək".