Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belaruslu müğənni və model Myanmada öldürülərək orqanları satıldı - FOTO

Belaruslu müğənni və model Myanmada öldürülərək orqanları satıldı - FOTO

Tarix: 16 Oktyabr 2025 01:05

Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada faciəli şəkildə ölüb, ehtimal olunur ki, o, orqan satıcılarının qurbanı olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub.

Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.

Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər.

Sonra cinayətkarlar Veranın öldüyünü və bədəninin artıq yandırıldığını bildiriblər. Təsdiqlənməmiş məlumata görə, qızın orqanları satılıb və külləri məhv edilib.


Etiketlər:  Belaruslu müğənni model Myanmada öldürülərək orqanları satıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ