Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin

Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə  istirahət qadağan edilsin

Tarix: 17 Oktyabr 2021 23:28

Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironov növbəti dəfə antitürk xislətini nümayiş etdirib.

O, "Danışır Moskva" radiostansiyasının efirində sərsəm təkliflə çıxış edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Mironov Rusiya vətəndaşı olan subay xanımlara istirahət məqsədilə Türkiyəyə səfər etməyin qadağan olunmasını istəyib.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən millət vəkili Türkiyəli gənclərin rus qızlarını saxta içkilərlə məst etdikdən sonra onların başına oyun açdıqlarını iddia edib.

Qeyd edək ki, Milonov ara-sıra sərsəm təkliflərilə gündəmə gəlməyi, deyəsən çox xoşlayır. Bir müddət öncə o, kollektor fəaliyyətilə məşğul olan Rusiya vətəndaşlarını pensiyadan məhrum etməyə çağırmışdı.


Etiketlər:  Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif Subay qızlarına Türkiyədə istirahət qadağan edilsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ