Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə digər qızı özünü Ancelinaya oxşatdı - FOTO

Bu dəfə digər qızı özünü Ancelinaya oxşatdı - FOTO

Tarix: 28 Oktyabr 2021 18:36

Hollivud ulduzu Ancelina Coli "Əbədi" filminin baş tutan növbəti premyerasına da övladları ilə birgə qatılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə aktrisanın 15 yaşlı qızı Şaylo, Colinin artıq ictimaiyyət qarşısına çıxarkən əynində görüntülənən "Dior" markasından olan paltarını geyinib.

Xatırladaq ki, Ancelina sözügedən geyimi 2019-cu ildə "Malefisenta: Qaranlığın xanımı" adlı başqa bir ekran işinin təqdimat turunda olarkən seçib.

Bundan başqa, Şaylonun son zamanlar tərzində dəyişiklik etməsi mətbuatın gözündən yayınmayıb. O, bir zamanlar saçlarını qısa kəsdirib, özünü oğlan hesab etdiyi üçün bu tərz geyimlərə üstünlük verirdi. Hətta Şaylo adını Con olaraq dəyişdirmək niyyətində idi. Mediada transseksual olması ilə bağlı şayiələr yayılsa da, ailəsi ona seçimində hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, bundan öncə baş tutan premyerada aktrisanın digər qızı Zaxara anasının 2014-cü ildə "Oskar" mükafatlandırma mərasimində geyindiyi libası təqdim etmişdi.


Etiketlər:  dəfə digər qızı özünü Ancelinaya oxşatdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ