Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Acun İngiltərə klubunu ala bilər

Acun İngiltərə klubunu ala bilər

Tarix: 28 Oktyabr 2021 19:12

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, TV8 kanalının rəhbəri "Hall Siti"yə maraq göstərir.

52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, "narıncı-qaralar"ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə son olaraq "Nyukasl" Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.

Milli.Az


Etiketlər:  Acun İngiltərə klubunu ala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ