Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hansı ağılla Muratla oxuyacağıq demişdik?”

“Hansı ağılla Muratla oxuyacağıq demişdik?”

Tarix: 28 Oktyabr 2021 19:25

Müğənnilər Sevil və Sevinc Səfərovalar sosial mediada izləyicilərin suallarını cavablandırıb.

Milli.Az olay-a istinadən yazır ki, ifaçılar onlara ünvanlanan "Çoxdan demişdiz ki, Murat Bozla duet oxuyacağıq. Hələ də dueti gözləyirəm" sözlərinə verdiyi cavabla diqqət çəkib.

Əkizlər "Hansı ağılla elə demişik görəsən? Yüz faiz qaza gəlmişik", - deyə, bildirib.

Qeyd edək ki, müğənnilər 2014-cü ildə "O ses Türkiye" müsabiqəsinə qatılmış, üç jüri - Murat Boz, Hadise və Ebru Gündeşin dönməsinə səbəb olmuşdular. Ebrunun komandasını seçən əkizlər finala çatmamış yarışmadan ayrılmışdılar.

Milli.Az


Etiketlər:  Hansı ağılla Muratla oxuyacağıq demişdik


RƏYLƏR