Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan azərbaycanlı futbolçular… GİZLƏDİLƏN HADİSƏ

Koronavirusa yoluxan azərbaycanlı futbolçular… GİZLƏDİLƏN HADİSƏ

Tarix: 28 Oktyabr 2021 19:42

"Səbail-2" I Divizionun 6-cı turunda "Qaradatğ Lökbatan"la qarşılaşdı.

"Dənizçilər"in əvəzedici komandası bu səfərdən 0:2 hesablı məğlubiyyətlə qayıtdı.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, Bayıl təmsilçisi Lökbatanda keçirilən oyunun iştirak ərizəsinə cəmi 13 futbolçunun adını daxil edə bildi ki, bu da zədəlilərin çoxluğu və koronavirusa yoluxma ilə əlaqədardır. Belə ki,

Aydın Ağazadə və Vidadi Cəfərovda xəstəliyin simptomları aşkarlanıb. Demə, onlar əsas komandanın düşərgəsində olarkən, yoluxmaya məruz qalıb.

Onlarla məşqə çıxan gənclər daha sonra test verib və "pozitiv" cavab gəlib.

Əslində, klub bu haqda ictimaiyyətə gec məlumat verib. Ccütlük artıq iki həftədir karantinə alınıb və qarşıdakı günlərdə məşqlərə qatılacaqlar.

O da maraqlıdır ki, bu oyunçularla bir yerdə hazırlıq keçən digər kollektiv üzvlərinin heç birində yoluxma aşkarlanmayıb.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxan azərbaycanlı futbolçular GİZLƏDİLƏN HADİSƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ