Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABBA” səhnədən gedir

“ABBA” səhnədən gedir

Tarix: 28 Oktyabr 2021 20:14

Dünyaca məşhur İsveç musiqi qrupu "ABBA" fəaliyyətini dayandırır.

Milli.Az olay-a istinadən xəbər verir ki, 1976-cı ildən bəri sənətdə olan qrup sevənlərinə bu xəbəri səhnədə veriblər. Onlar sonuncu albomlarını dinləyicilərinə təqdim etdikdən sonra təqaüdə çıxıblar.

Lakin qrup gələn il Londonda rəqəmsal səhnə şousu etməyi planlaşdırırlar. Konsert "Queen Elizabeth Olympic" parkda xüsusi olaraq hazırlamış "ABBA Arena"da təşkil olunacaq.

Qeyd edək ki, dördlük dünya miqyasında populyarlaşaraq 50 il ərzində 400 milyondan çox albom satıb.

Milli.Az


Etiketlər:  ABBA səhnədən gedir


RƏYLƏR